““Qarabağ” sanki İsveçrədə yox, Azərbaycanda oynayırdı” – Şərhçi

""Qarabağ" səfərdə elə oynadı ki, lap istədim cavab görüşünü də İsveçrədə keçirək". Avopa Liqasının seçmə mərhələsi çərçivəsində keçirilmiş "Yanq Boys" - "Qarabağ" qarşılaşması barədə fikirlərini bölüşən tanınmış futbol şərhçisi Sənan Şəfizadə belə deyib. "Fikrimcə bu Azərbaycan çempionunun cari mövsüm avrokuboklarda ən yaxşı oyunu idi."Qarabağ" düzgün oyun seçimiylə "Yanq Boyz"u zərərsizləşdirdi. Cavab görüşündə azarkeşlərlə birgə gücümüz daha çox olacaq. Yeri gəlmişkən, Berndə "Qarabağ"a dəstək olan azarkeşlərə təşəkkür. Sanki səfərdə oynamırdıq. İsveçrədə "Qarabağ" və Azərbaycan sədalarını eşitmək xoş oldu", - deyə S. Şəfizadə qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31