"Valensiya"nın futbolçusu rəsmən "Mançester Siti"də
20 Avqust 2015 20:00 İdman"Mançester Siti" növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi "Valensiya"dan Nikolas Otamendini transfer edib. Argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferin "Mançester Siti"yə 45 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildə "Portu"dan "Valensiya"ya transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31