“Qəbələ” – “Panatinaikos” matçına bilet qalmadı

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün Bakıda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçına maraq böyükdür. "Qəbələ"nin mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, artıq satışa çıxarılan 8800 biletin hamısı satılıb.

Qeyd edək ki, sözügedən oyun saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31