"Barselona" apellyasiya şikayəti verdi
20 Avqust 2015 19:30 İdman"Barselona" klubu müdafiəçisi Jerar Pikenin cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti verib. Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi İspaniya superkubokunun "Atletik"lə cavab matçında yan xətt hakimini təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılan Pikenin cəzasının yüngülləşdirilməsini istəyir. "Barselona"nın şikayəti təmin olunmasa, Pike La Liqanın ilk 4 turunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Barselona" La Liqanın ilk 4 turunda "Atletik", "Malaqa", "Atletiko" və "Levante" ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31