"Neftçi"nin sabiq qapıçısı yunanların şərəfini qoruyacaq

"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviçin yeni klubu müəyyənləşib. Trend-in məlumatına görə, serbiyalı qolkiper "Kerkira"ya transfer olunub. Bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, S.Stamenkoviç bu ilin iyununda "Neftçi"dən ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31