PSJ Motta ilə müqavilənin müddətini uzatdı

PSJ yarımmüdafiəçisi Tiaqo Motta ilə müqavilənin müddətini uzadıb. Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçu Paris təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. İtaliya millisinin üzvünün maaşı da artırılıb. Lakin məbləğ haqda məlumat verilməyib.

Qeyd edək ki, Motta 2012-ci ildə İtaliya "İnter"indən PSJ-yə transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31