Klublarımız Avroliqada: hansı oyun, hansı kanalda?
20 Avqust 2015 12:58 İdmanBu gün Avropa Liqasında "pley-off" mərhələsinin ilk oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən iki klubumuz - "Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımlanacaq. "Qəbələ" - "Panatinaikos" və "Yanq Boyz" - "Qarabağ" görüşləri "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
20 avqust
21:00. "Qəbələ" - "Panatinaikos" - "İdman Azərbaycan"
23:00. "Yanq Boyz" - "Qarabağ" - "İdman Azərbaycan"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31