Çempionlar Liqasının "pley-off" məlhələsinin ilk oyunları

Gecənin ən maraqla gözlənilən qarşılaşması İspaniyada keçirilib

Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunları keçirilib. Oyunlar eyni saatda başlayıb.ANS PRESS-in məlumatına görə, ilk oyun günü 5 qarşılaşma keçirilib."Bazel" evdə İsrailin "Makkabi" komandasını qəbul edib. Oyunda 2-2 -lik bərabərlik qeydə alınıb.Şotlandiyanın "Seltik" kollektivi isə İsveçin "Malmö" klubu ilə mübarizədən 3:2 hesablı qələbə ilə ayrılıb. Albaniya "Skenderbeu" kollektivi öz meydanında Xorvatiyanın "Dinamo" klubuna 1:2 hesabı ilə məğlub olub.Gecənin digər oyununda "Rapid" (Avstriya) və "Şaxtyor" (Donetsk, Ukrayna) üz üzə gəlib. Oyun 1-0 hesabı ilə Ukranya təmsilçisinin xeyrinə başa çatıb.Ən maraqla gözlənilən oyunu isə İspaniyada keçirilib. 3-1"Valnsiya" doğma divarlar arasında "Monako"nu sınağa çəkib. Oyun "Valensiya"-nın 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31