Dodo: "Panatinaikos"la oyun həyati önəm daşıyır"
19 Avqust 2015 20:00 İdman"Qəbələ"nin braziliyalı futbolçusu Dodo öz ölkəsinin "Esportes" qəzetinə açıqlama verib. Qol.Az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, Dodo Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Panatinaikos"la oyun haqda fikirlərini bölüşüb: "Qrup mərhələsinə vəsiqə qazanmaq hamımız üçün həyati önəm daşıyır. "Panatinaikos"un da qruplara düşmək şansı var. Biz çalışmalıyıq ki, Yunanıstana üstünlüklə yollanaq. Bu, asan olmayacaq. Amma biz sona qədər özümüzə inanırıq". Dodo, həmçinin ölkəmizdə futbolun inkişafından da danışıb. "Futbol Azərbaycanda futbol ildən-ilə inkişaf edir. Ona görə də Avropa Liqasında bu mərhələyə qədər gəlməyimiz böyük uğur kimi görünməməlidir. "Panatinaikos"u keçmək isə ciddi uğur sayıla bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31