"Bakıya qələbə üçün gedirik" – "Panatinaikos"un baş məşqçisi

"Qəbələ" bizə tanış klub deyil. Amma onlar Avropa Liqasında 3 mərhələ keçməyi bacarıblar. Buna görə də Bakıdakı oyunda diqqətli olmalıyıq. Çünki əsas məqsədimiz Avropa Liqasının qrup mərhələsinə düşməkdir". Qol.Az-ın məlumatına görə, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou Bakıya yola düşməzdən əvvəl Afina hava limanında Yunanıstan mətbuatına açıqlamasında deyib. 42 yaşlı mütəxəssis Bakıya yalnız qələbə üçün getdiklərini bildirib: "İşimizi asanlaşdırmaq üçün ilk matçda qalib gəlmək lazımdır. Bunun üçün oyuna ciddi yanaşmalıyıq". Xatırladaq ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ"- "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31