"Qarabağ" səddini keçmək asan olmayacaq"
19 Avqust 2015 19:45 İdman"Yanq Boyz"un direktoru Fredi Bikel Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qarabağ" haqda danışıb. Qol.Az-ın İsveçrə mətbuatına istinadən verdiyi məlumata görə, klub rəsmisi "Qarabağ" səddini keçməyin asan olmayacağını bildirib: "Təbii ki, hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Ancaq "Qarabağ" səddini keçmək asan olmayacaq. Azərbaycan təmsilçisi az qol buraxan, beynəlxalq təcrübəsi olan komandadır. Sabahkı görüşdə onları nə gözlədiyini bilirik".
Qeyd edək ki, sabah keçiriləcək "Yanq Boyz" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31