"Panatinaikos" Bakıya 20 futbolçu ilə gəlir

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah "Qəbələ" ilə qarşılaşacaq "Panatinaikos" Bakıya bu gün gələcək. Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məumata görə, Afina təmsilçisinin paytaxtımıza gələcək heyəti müəyyənləşib. "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou Bakıda 20 futbolçunun xidmətindən yararlanacaq. Yunanıstan təmsilçisinin ulduz futbolçusu Maykl Esyenin adı "Qəbələ" ilə oyunların sifariş ərizəsinə daxil edilsə də, futbolçu Bakıya gətirilməyəcək. 

Qeyd edək ki, sabah, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.

Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Lyuk Stil, 45. Nikos Qiannakopoulos

Müdafiəçilər: 3. Diamantis Kukumis, 4. Giorgos Koutroumbis, 12. Nikos Marinakis, 20. Stathis Tavlaridis, 21. Nano, 25. Rasmus Telander

Yarımmüdafiəçilər: 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniel Pranyiç, 14. Abdul Ayaqun, 17. Robin Lod

Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31