"Marsel"in yeni baş məşqçisi müəyyənləşdi
19 Avqust 2015 13:08 İdman"Marsel"in yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın "BeIN Sports"a istinadən verdiyi məlumata görə, Fransa klubunu bundan sonra Miçel Qonzales çalışdıracaq. 52 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. O, yeni vəzifəsində bir müddət öncə istefaya göndərilən Marselo Bielsanı əvəzləyəcək.
Qeyd edək ki, Miçel daha öncə "Qetafe", "Sevilya" və "Olimpiakos" klublarını çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31