““Barselona” azarkeşlərsiz əzəmətli deyil” – Şərhçi
18 Avqust 2015 14:52 İdman"Futbolu futbolu edən amillərdən biri azarkeşdir". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə tanınmış futbol şərhçisi Sənan Şəfizadə çıxış edib. "Stadionda azarkeş yoxdursa vurduğun qol o qədər möhtəşəm olmayacaq. Azarkeş yoxdursa, oynadığın futbola dəyər verən tapılmayacaq. Futbolumuzun qazandığı hər bir qələbədə azarkeşlərimizin əməyi əvəzolunmazdır. Futbol azarkeşlərlə daha gözəldir. Unutmayın, "Barselona", "Bavariya", "Real" azarkeşlərsiz əzəmətli deyil. Hər bir dünya və Avropa çempionatını möhtəşəm edən yenə də azarkeşlərdir", - deyə S. Şəfizadə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31