UEFA-dan Cüneyt Çakıra təyinat
17 Avqust 2015 19:50 İdmanTürkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununa təyinat alıb.Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Sportinq" (Lissabon) - CSKA (Moskva) matçını idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Mustafa Emre Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, "Sportinq" - CSKA görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31