"Panatinaikos" Bakıya nə vaxt gələcək?

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"nin qonağı olacaq "Panatinaikos"un Bakıya gələcəyi tarix müəyyənləşib. Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, Afina təmsilçisi paytaxtımıza oyundan bir gün öncə, avqustun 19-da gələcək. Səhər saatlarında Bakıya yola düşəcək "Panatinaikos"un axşam matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda oyunöncəsi son məşqə çıxacağı gözlənilir.

Qeyd edək ki, avqustun 20-də keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31