Sərbəst güləşçilərimiz dünya birincisi oldu

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı başa çatıb. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, sərbəst güləş yarışlarında ilk gün yığmamızın üzvlərindən Nurməhəmməd Hacıyev (96 kq) qızıl, Arif Hüseynov (50 kq) bürünc medal qazanıb. Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 3 qızıl medalla başa vurub.  Beləliklə, sərbəst güləşçilərimiz Dünya çempionatını, ümumilikdə, 4 qızıl və 1 bürünc medalla başa vurub. Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb. Qızıl medalların sayına görə isə, sərbəst güləş yığmamız bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31