Güləşçilərimiz komanda hesabında ikincidir
13 Avqust 2015 11:35 İdmanBraziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilir. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir. Yarışların ilk günündə komandamız 1 gümüş medal qazanıb. 60 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Kərim Cəfərov fərqlənib. İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Ümumilikdə, 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 53 xal toplayaraq Dünya çempionatını komanda hesabında ikinci yerdə başa vurub. Gürcüstan 60 xalla birinci, Rusiya 47 xalla üçüncü olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31