ÜAK-ın futbol komandası yaradılıb

"Ümumrusiya Azərbaycan Konqresinin" İstra rayon yerli şöbəsinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  iclasda "ÜAK" İstra rayon yerli şöbəsinin Moskva Vilayətinin Ədliyyə Nazirliyində 15 iyul 2015-ci il tarixdə rəsmi qeydiyyatdan keçməsi barədə iclas iştirakçılarına məlumat verilib. İclas zamanı yeni yaradılmış "VAK-İSTRA" futbol komandasının loqosu təşkilat üzvlərinə və futbolçulara təqdim olunub. Daha sonra, İstra rayon yerli şöbəsinin sədri Əliyev Ramil təşkilat üzvülərinə ilk üzvülük vəsiqələrini təqdim edib. Bundan əlavə, bir sıra məsələlər haqqında müzakirələr aparılıb və təşkilatın fəaliyyətinin inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub. Sonda Ramil Əliyev iclas iştirakçılarına "ÜAK" İstra rayon yerli şöbəsinin yerinə yetiriləcək tədbirlər haqqında məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31