Dünya çempionatının ilk gündə 4 güləşçimiz mübarizə aparacaq

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir. Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edir. Yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində güləşçilər yarışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31