“SOCAR Yay Məktəbi-2015”

SOCAR-ın 2010-cu ildən həyata keçirdiyi və gənclər arasında xüsusi maraq doğuran "SOCAR Yay Məktəbi-2015"in növbəti günü çərçivəsində iştirakçılar Veloparkda velosiped yarışında güclərini sınayıblar. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə təşkil edilən yarışda 7 komanda iştirak edib. Reqlamentə görə, tərkibində 2 iştirakçı olan komandalar uzunluğu 1 km olan marşrut boyunca estafet yarışında mübarizə aparıblar. İlk üçlükdə qərarlaşan iştirakçılar SOCAR və AzVİF tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31