Millimiz 6 qol vurdu, İngiltərəyə qalib gəldi

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb.Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz İngiltərə yığmasını 6:5 hesabı ilə məğlub edib. Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev, Orxan Məmmədov, Elçin Qasımov və Ramil Əliyev fərqləniblər.Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2, avqustun 8-də isə Moldova komandasına 4:0 hesabı ilə qalib gəlmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31