Azərbaycanın uğur dövrü artıq başlayıb

"Qəbələ" futbol komandamız tarix yaza-yaza irəliləyir. Bizi həm həyəcanlandıran, həm də sevindirən komandamız qələbə ilə oyunu başa vuraraq Yunan Kiprinə dərs verdi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Yeni Turan Partiyasının sədri Rövşən Məmmədli bildirib ki, azarkeşlərimiz də öz yüksək mədəniyyətləri ilə kiprli azarkeşlərə dərs verdilər: "Yunan Kiprinin Apollon komandasının yalnız cığallığı özünə qaldı. Ümumiyyətlə bu komanda gözəl Azərbaycan futbolsevərlərinin yaddaşında çığal komanda kimi qaldı. Oyunun qəhrəmanı şübhəsiz qapıçımız İqr Bezotosnıy və əlbəttə yenə Cavid bəy oldu. Cavid bəy həm də Azərbaycanın ən vətənpərvər oğullarından biri kimi tanındı. Hesab edirəm hamı öz vətəninə, onun maraqlarına Cavid bəy kimi xidmət etməli, şəxsi nümunə göstərməlidir. İndi bütün sahələrdə vətənpərvərlik və milli maraqlara şərəflə xidmət etmək zamanı çatıb. Çünki Azərbaycanın uğur dövrü artıq başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31