“İspanların inanmadığı “İnter” qapını bərk çırpdı” – Şərhçi
7 Avqust 2015 11:36 İdman"Əgər püşk bu mərhələdə belə uyğun rəqib qismət etsəydi "İnter" yenə də sona qədər mübarizə aparacaqdı". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə Avropa Liqasının təsnifat mərhəsləsində keçirilmiş "İnter (Azərbaycan) - "Atletik Bilbao" (İspaniya) qarşılaşmasına münasibət bildirən futbol şərhçisi, teleaparıcı Sənan Şəfizadə çıxış edib. "İyunun 15-nə qədər "İnter"in avrokuboklara yollanmayacağı deyilirdi. Amma qısa zamanda komanda toplaşdı, normal hazırlıq keçməsə belə iki mərhələ adlamaqla adlı-sanlı "Atletik Bilbao"nu Bakıya gətirdi. Təsəvvür edin, "İnter"in səfər matçında İspaniyanın nüfuzlu"Marca", "AS"nəşrlərinin jurnalistləri komandamızın maliyyə probleminin olmasına inanmırdı. Baş məşqçi Zaur Svanadze deyəndə ki, heyətdəki futbolçular arasında anlaşmada problem var, ispanlar onları aldatdığımızı düşünürdü. Əgər püşk bu mərhələdə belə uyğun rəqib qismət etsəydi "İnter" yenə də sona qədər mübarizə aparacaqdı. Bu klubun futbolçuları bir neçə ay maaş almasa da gələcək naminə meydanda bacardıqlarını göstərdilər və sonda "qapını bərk çırpdı"lar. Bütün komandaya bizlərə bəxş etdiyi sevincə görə təşəkkür düşür. "İnter" yaşamalıdı", - deyə S. Şəfizadə qeyd edib. ("OLAYLAR" İA)