“Qəbələ”nin məşqçisindən inanılmaz hərəkət (FOTO)
Bu da “aerodrom” kepkalı Qriqorçuk
7 Avqust 2015 07:32 İdman"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Apollon"la ilk oyundan əvvəl vəd vermişdi. Belə ki, ukraynalı mütəxəssis ""Apollon"u keçsək, söz verirəm ki, mətbuat konfransına bakılısayağı "aerodrom" kepkanı başıma taxıb gələcəm" demişdi.
ANS PRESS-in məlumatına görə, Qriqorçuk vədinə əməl edib. Belə ki, baş məşqçi mətbuat konfransına "aerodrom" kepkası ilə gəlib.
Bu arada Qriqorçuka jurnalistlər təsbeh hədiyyə edib. Avropa Liqasında Azərbaycanı təmsil edən "Qəbələ" III təsnifat mərhələsinin cavab matçında qalib gələrək tarix yazıb.Premyer Liqanın bürünc mükafatçısı Cənubi Kiprin "Apollon" klubunu məğlub edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31