““Qarabağ”ın “Seltik”ə qalib gələcəyinə inam böyük idi” – Şərhçi
6 Avqust 2015 12:44 İdman"Seltik" bütün potensialını göstərməsə də layiq olduğu pley-offa adladı". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə teleaparıcı, futbol şərhçisi Sənan Şəfizadə Çempionlar Liqasının təsnifat mərhələsində keçirilmiş "Qarabağ" - "Seltik" qarşılaşması barədə deyib. ""Qarabağ"ın "Seltik"ə qalib gələcəyinə inam böyük idi. Elə ona görə də azarkeşlərimiz sona qədər arenanı tərk etmədi. Matçdan sonra komandanı sevindirməyən nəticə haqda danışmaq hər zaman çətindir. "Qarabağ" çox çalışsa belə lazım olan qolu vura bilmədi. Rəşad və Riçardın şansları olsa da istifadə olunmadı. "Seltik" bütün potensialını göstərməsə də layiq olduğu pley-offa adladı. Etiraf edək, "Seltik" bizdən güclü idi. Unutmayaq ki, bu gün biz "Qarabağ"ın qələbə qazana bilməməsinə təəssüflənirik, özü də "Seltik" üzərində", - deyə S. Şəfizadə qeyd edib. Şərhçinin sözlərinə görə, ilk dəfə olaraq avrokubok matçlarında jurnalistlər onlar üçün ayrılan yerlərdə oturanda sürprizlə rastlaşdılar: "Masalar üzərində jurnalistlərimizin adı və soyadı qeyd olundu, fotolarımızı gördük.Özəlliklə kənar şəxslərin bizim üçün ayrılan yerlərə əyləşməsinə imkan verilmədi. İdeya müəllifi və bu işdə əziyyəti olan hər kəsə böyük təşəkkürlər".