Avropa Liqası: “Qəbələ” və “İnter” III təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar

 Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.APA-nın məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən "Qəbələ" və "İnter" klubları  "pley-off" mərhələsinə adlamaq üçün mübarizə aparacaq.Qəbələ "Bakcell Arena"-da  Kiprin "Apollon" klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə başa çatıb.  Beləliklə, qələbə və qolsuz heç-heçə "Qəbələ"ni  qane edə bilər."İnter" isə doğma meydanında İspaniyanın "Atletik" klubunu qəbul edəcək. Bilbao şəhərində keçirilən ilk matç "Atletik"-in qələbəsi ilə nəticələnmişdi (2:0)

Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

6 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr)
İlk oyun-1:1
Bakı.  "Bakcell Arena"

21:00. "İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya)
İlk oyun-0:2
Bakı. "İnter Arena"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31