Qarabağ Avropa Liqasına keçdi
6 Avqust 2015 10:39 İdmanBu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.Trend-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz "Qarabağ" Bakıda Şotlandiyanın "Seltik" klubunu qəbul edib.Qlazqoda keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi bu dəfə də qələbə qazana bilməyib.Oyun 0:0 hesablı bərabərliklə başa çatıb.Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasının sonuncu - IV təsnifat mərhələsinə vəsiqə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31