CBC: “Oyunların şərhi Azərbaycan dilində olacaq”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının  Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi - CBC TV kanalı - Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna  və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi. Oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official ) kanalında  nəzərdə tutulurdu. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirib. AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra  oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31