Erməni zabitini məğlub edən idmançımızı “Azəryolservis”-in rəhbərliyi qəbul edib

Bir-neçə gün bundan öncə Gürcüstanda "Kung-fu sanda" üzrə keçirilən yarışlarda birinci yer qazanan idmançımızı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbərliyi qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, cəmiyyətin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov yarışlarda 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Babək Əliyevi qazandığı qələbə münasibətilə ürəkdən təbrik edərək, ona gələcək  idmançı karyerasında yeni-yeni uğurlar arzu edib. İdmana, idmançılara dəstəyin hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan Saleh Məmədov gənc idmançımıza xatirə hədiyyəsi təqdim edib. Birinci yeri əldə edən idmançımız Babək Əliyev isə öz növbəsində ona göstərilən etimada görə öz təşəkkürünü bildirib və qələbəsini doğma Vətəni Azərbaycan adına aldığına görə çox sevincli olduğunu bildirib.

Qeyd edək ki, Babək Əliyev "Yol xətt" MMC-nin hüquqşünası vəzifəsində çalışır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31