Elçin Məmmədov Qazaxıstanın mərkəzi stadionunu yoxlayacaq

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, E. Məmmədov tədbirin direktoru (UEFA Venue Director) qismində avqustun 9-dan 12-dək Qazaxıstanın Astana şəhərində yerləşən "Astana Arena"nın UEFA yarışlarının 2015-2016-cı il mövsümünə hazırlıq səviyyəsini yoxlayacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31