"Blatter adamyeyəndir, Platini isə doğru namizəd deyil"

"Blatter ailəsini yeyib, daha sonra "yetim qaldım" deyə ağlayan  adamyeyəndir. Özündən başqa hamını günahlandırır". Qol.Az-n xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri Mişel Platinidən sonra FİFA prezidentliyinə namizədliyini irəli sürən cənubi koreyalı Çunq Monq-Jun deyib. Koreyalı iş adamı Mişel Platini haqqında da sərt açıqlamalar səsləndirib. O, Platininin FİFA prezidentliyinə doğru namizəd olmadığını söyləyib: "Platini futbol üçün doğru bir insandır. Amma FİFA prezidentliyi üçün doğru namizəd deyil. Çünki o da mövcud sistemin bir parçasıdır". Çunq Monq-Jun həmçinin qeyd edib ki, FİFA-nın artıq qeyri-avropalı prezidentə ehtiyacı var. "Çünki FİFA Blatter və ətrafının idarəçiliyində olan bir təşkilata çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31