Velosipedçimiz Avropa Yay Olimpiya Festivalında 34-cü oldu

Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Yay Olimpiya Festivalında velosiped yarışları başa çatıb. "OLAYLAR"-ın xəbərinə görə, yarışda 3 idmançımız - Kərim Şirəliyev, Mikayıl Səfərov və Bakir Dadaşov mübarizə aparıb. İyulun 30-da təmsilçilərimiz 71 kilometr məsafəyə qrup ötüşməsində mübarizə aparıblar. Velosipedçilərimizdən ən yüksək nəticəyə Mikayıl Səfərov imza atıb. O,  yarış qalibindən 1 dəqiqə, 38 saniyə geri qalmaqla 100 nəfər arasında 34-cü nəticə göstərib.  Kərim Şirəliyev isə  62-ci yeri tutub,

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31