Cüdo üzrə beynəlxalq Bakı turniri keçiriləcək
31 İyul 2015 15:16 İdmanSentyabr ayında Bakıda daha bir beynəlxalq turnir keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, iki dəfə Sovet İttifaqı qəhrəmanı olmuş general-mayor Həzi Aslanovun xatirəsinə həsr edilən XXXVIII beynəlxalq Bakı turniri keçiriləcək. Cüdo idman növü üzrə keçiriləcək turnirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Federasiyası, eləcə də Axərbaycan Cüdo Federasiyasıdır. XXXVIII Beynəlxalq Bakı turnirində bir sıra ölkələrin, MDB respublikalarından olan cüdoçular da mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31