Avroliqa matçı yarımçıq dayandırıldı
31 İyul 2015 14:03 İdmanAvropa Liqasının üçüncü təsnifat mərhələsində keçirilən Kukesi" (Albaniya) - "Legiya" (Polşa) görüşündə qalmaqal yaşanıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Albaniyada keçirilən matçda meydan sahiblərinin etdiyi hərəkət səbəbindən matç yarımçıq dayandırılıb. İkinci hissənin əvvəlində hesab 2:1 "Legiya"nın xeyrinə olduğu vaxt meydana daş atılıb. Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb. Görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, həmin ana qədər "Legiya" 2:1 hesabı ilə öndə idi. Baş verən insidentə görə meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi gözlənilir. Alban klubunun hətta yarışdan uzaqlaşdırılacağı da istisna edilmir.