Güləşçilərimiz təlim-məşq toplanışında

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar qarşıdan gələn Dünya çempionatına hazırlıq planı üzrə məşqlərini Göygöy Olimpiya İdman Kompleksində davam etdirir.  Türkiyənin yunan-Roma güləşi komandasının da qatıldığı təlim-məşq toplanışı iyulun 29-dan başlayıb və avqustun 8-dək davam edəcək. Sərbəst güləş üzrə yığma komandamız isə avqustun 1-dən 15-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olacaq. Sərbəst güləşçilərimiz hazırlıqları Gürcüstan, Dağıstan və İran komandalarının üzvləri ilə birgə davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31