Ronaldo sürücülük edəcək

"Real"ın hücumçusu Kriştianu Ronaldo meneceri Jorje Mendeşin toyunda sürücülük edəcək. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, toy mərasimi bazar günü Portuda baş tutacaq. 300-dən artıq qonağın iştirak edəcəyi tədbir Portuqaliyanın ən böyük muzeylərindən birində keçiriləcək.

Qeyd edək ki, toyda Ronaldonun "Real"dakı komanda yoldaşları Pepe və Fabio Koentraonun da iştirak edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31