Almaniyalı hücumçu "Beşiktaş"da

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Beşiktaş" növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Fiorentina"dan Mario Qomezi transfer edib. Almaniyalı hücumçu 2015/2016 mövsümündə icarə əsasında "Beşiktaş"ın şərəfini qoruyacaq. Bu gün İstanbula gedəcək 30 yaşlı futbolçu tibbi müayinədən keçəcək və onunla bir illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Qomez 2013-cü ildə 35 milyon avro müqabilində "Bavariya"dan "Fiorentina"ya transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31