"Zirə" son oyununda uduzdu
30 İyul 2015 18:25 İdmanTürkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışında olan "Zirə" ötən gün son yoxlama görüşündə qüvvəsini sınayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Adil Şükürovun komandası Gürcüstanın güclülər dəstəsinin iştirakçısı "Samtredia" ilə qarşılaşıb. Oyun "Samtredia"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunla Ərzurum toplanışını başa vuran "Zirə" bu gün vətənə dönür.
Qeyd edək ki, ilk yoxlama görüşündə Gürcüstanın "Şukura" klubu ilə 0:0 bərabərə qalan "Zirə" "Kolxeti"yə 0:1 hesabı ilə uduzub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31