Klublarımız Avroliqada: bir oyun göstəriləcək, digəri yox...
30 İyul 2015 19:15 İdmanBu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Azərbaycan klublarının iştirakı ilə keçiriləcək oyunlarından biri canlı yayımlanacaq. Qol.Az-ın xəbərinə görə, Kiprdə baş tutacaq "Apollon" - "Qəbələ" qarşılaşması saat 22.00-dan etibarən "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq. Artıq bu oyun kanalın proqramına daxil edilib. Digər təmsilçimiz "İnter"in Bilbaoda "Atletik"lə oyunu isə telekanallarımızdan heç birində canlı nümayiş etdirilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31