"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi

"Sumqayıt" daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın kapitanı Aleksandr Çertoqanov ilə 1 illik yeni müqaviləyə imza atıb. Çertoqanov ötən mövsüm olduğu kimi bu mövsümdə də 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 35 yaşlı Çertoqanov 2014/2015 mövsümündə "Sumqayıt"da ən çox oyun keçirən 3 futbolçudan biridir. O, ümumilikdə 30 qarşılaşmada 2564 dəqiqə meydanda olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31