Azərbaycan yığması Latviyanı darmadağın etdi
30 İyul 2015 12:39 İdman17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız ikinci oyununu keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə,Latviyadan olan həmyaşıdları ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Firəngiz Teymurovanın dubl etdiyi oyunda digər qolu Rövşanə Sərdarlı vurub.Turnir çərçivəsində üçüncü turun oyunları iyulun 31-də keçiriləcək. Yığmamız Bolqarıstan millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.30-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31