Kavaniyə iki oyunluq cəza

Uruqvay millisinin futbolçusu Edinson Kavani cəzalandırılıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Amerika Futbol Konfederasiyası Çili ilə matçda rəqib futbolçusu Jara ilə mübahisədən sonra meydandan qovulan hücumçuya 2 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdir ki, Kavani "DÇ-2018"in seçmə mərhələsində Boliviya və Kolumbiya ilə matçlarda oynamayacaq. Eyni qarşılaşmada qırmızı vərəqə alan Uruqvay millisinin futbolçusu Xorxe Fusile və tribunaya göndərilən baş məşqçi  Oskar Tabares isə üç oyunluq cəzalandırılıb.

Xatırladaq ki, bundan əvvəl Kavaniya qarşı əxlaqa zidd hərəkətinə görə Jaraya üç oyunluq cəza tətbiq olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31