“Qarabağ”ın əsas futbolçusu zədələndi
29 İyul 2015 19:48 İdman"Qarabağ"ın əsas heyət üzvü Maksim Medvedyev zədələnib. Qol.Az-ın məlumatına görə, o, dünən "Seltik Park"da keçirilən məşq zamanı zədə alıb. "Qarabağ" klubunun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, bu gün tibbi müayinədən keçdikdən sonra M.Medvedevin Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə ilk matçda oynayıb-oynamayacağı dəqiqləşəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31