"İnter" Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyir

"Hər şey yaxşıdır. İkinci təsnifat mərhələsini keçəndən sonra komandada özünəinam yaranıb. Çox çətin rəqibimiz var. Maraqlı oyun olacaq. Bu matçda əlimizdən gələni edəcəyik. Ən azından sona qədər mübarizə aparacağıq". Qol.Az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin futbolçusu Səlahət Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Atletik"lə (Bilbao) oyun öncəsi klubun telekanalına deyib. Komandanın kapitanı yaxşı oyun nümayiş etdirməyə çalışacaqlarını vurğulayıb: "Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31