"Qəbələ" - "Apollon": hakimlər bəlli oldu

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Apollon" matçının hakimləri müəyyənləşib. Qol.Az-ın Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi olacaq Duarte Qomeşə həmyerliləri Luiş Kampoş və Venansio Tome köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Bruno Payxao yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Apollon" oyunu avqustun 6-da keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31