Çempionlar Liqasının üçüncü mərhələsində son oyun günü
"Qarabağ" mübarizəyə qoşulur
29 İyul 2015 12:38 İdmanSəhv tapdiz? Sözü seçib CTRL+ENTER basın!
Avropanın ən nüfuzlu futbol turnirlərindən olan Çempionlar Liqasında
bu gün üçüncü mərhələdə növbəti oyunlar oynanılacaq.
ANS PRESS-in məlumatına görə, ikinci və son oyun günündə altı qarşılaşma baş tutacaq. Günün maraqla gözlənilən matçı Şotlandiyada keçiriləcək. Təmsilçimiz "Qarabağ" Avropanın güclü komandlarından biri olan "Seltik"lə üz-üzə gələcək.
Çempionlar Liqası - ilk oyunlar
29 iyul
21:00. HİK (Finlandiya) - "Astana" (Qazaxıstan)
22:00. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)
23:30. "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya)
23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan)
23:45. "Lex" (Polşa) - "Bazel" (İsveçrə)
00:05. "Rapid" (Avstriya) - "Ayaks" (Hollandiya)
1956-cı ildən keçirilən turniri ən çox qazanan komanda (10 dəfə) İspaniyanın "Real Madrid" klubudur. İtaliyanın "Milan" klubu 7, Almaniyanın "Bayern", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" klubu kuboka 5 dəfə sahib çıxıb.