Çempionlar Liqası: “Qarabağ” III təsnifat mərhələsində ilk oyununu keçirəcək

Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsində ilk oyununa çıxacaq.Apasport.az saytının məlumatına görə, ağdamlılar Şotlandiyada "Seltik"in qonağı olacaq.Bu matç Azərbaycan klubları ilə Şotlandiya təmsilçiləri arasında ilk qarşılaşma kimi tarixə düşəcək.Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qrupunda çıxış etmək arzusunda olan "Seltik"dən fərqli, təmsilçimiz ötən mövsüm Avropa Liqasının qrupunda debüt edib.Bu mövsüm turnirə II mərhələdən başlayan  Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqibini də yolundan kənarlaşdırmağı hədəfləyir. Ağdamlılar bunu bacarsa ilkə imza atacaq. Belə ki, bu vaxta kimi heç bir Azərbaycan təmsilçisi Çempionlar Liqasında pley-off mərhələsində iştirak etməyib.Bu mərhələyə yüksəlmək həm də ən pis halda Avroliqanın qrup mərhələsində iştirakı təmin etməkdi. Ardıcıl ikinci dəfə qrup mərhələsinə düşməklə daha bir ilkə imza atmaq şansı olan "Qarabağ" Şotlandiyaya itkisiz yollanıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

29 iyul

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN)
Qlazqo. "Seltik Park" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31