Toplanışa gecikən futbolçu 198 min avro cərimələnəcək
29 İyul 2015 11:25 İdman"Mançester Yunayted" futbol klubunun müdafiəçisi Markos Roxo 198 min avro cərimələcək.Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb argentinalının komandanın ABŞ-dakı toplanışına gecikməsi olub.Oyunçu iyulun 25-də kluba qoşulmalı idi, lakin pasportu etibarsız olduğundan onu Argentinada təyyarəyə buraxmayıblar. Bundan istifadə edən futbolçu sərbəst məşq edib və dostları ilə istirahət edib.Bu, komandanın baş məşqçisi Lui Van Qalı əsəbləşdirib və o, M.Roxonun ikihəftəlik maaşını kəsmək qərarına gəlib.Qeyd edək ki, argentinalı ildə təqribən 5 milyon avro alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31