Mourinyo: "Ötən mövsüm Hazard Ronaldodan daha yaxşı idi"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo  növbəti açıqlama verib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, ötən mövsüm futbolçusu Eden Hazard "Real"ın hücumçusu Kriştiano Ronaldodan daha yaxşı oynayıb: "Ronaldo mükəmməl deyildi demirəm. Sadəcə mənim fikrimcə, bütün futbolçular anlamalıdır ki, komanda hər şeydən öncə gəlir. Ronaldo ötən mövsüm kubok qazana bilmədi. Futbol isə kuboksuz heç bir şeydir. Messi üç kubok qazandı. Mən komanda ilə deyil, şəxsi müfakatılar qazanan futbolçuları və baş məşqçiləri bəyənmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31